"AzerGold"un ixrac gəlirləri azalıb | Banco.az

"AzerGold"un ixrac gəlirləri azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"AzerGold" QSC bu ilin yanvar-sentyabr ayları ərzində 72,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr sayına istinadən xəbər verir ki, bu, 2022-ci ilin ilk 9 ayı ilə müqayisədə 1,4 milyon ABŞ dolları və ya 1,9% azdır.

Qeyd edək ki, "AzerGold" 2022-ci ilin 9 ayında ixracdan 73,5 milyon ABŞ dolları gəlir əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram