Müəllif: Gülnar Əhmədli, Banco.az
"AzerGold" QSC bu ilin yanvar-iyul ayları ərzində 46,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın avqust sayına istinadən xəbər verir ki, bu, 2022-ci ilin ilk 7 ayı ilə müqayisədə 6 milyon ABŞ dolları və ya 11,3% azdır.
Qeyd edək ki, "AzerGold" 2022-ci ilin eyni dövründə ixracdan 52,9 milyon ABŞ dolları gəlir əldə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!