“AzerGold” sikkə və külçələrin təqdimat mərasimini keçirib | Banco.az

“AzerGold” sikkə və külçələrin təqdimat mərasimini keçirib

22 fevral tarixində “AzerGold” QSC Heydər Əliyev Mərkəzində Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələrin təqdimat mərasimini keçirib. Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, milli qızıl və gümüş sikkə və külçələrin istehsalı “Made in Azerbaijan” brendinin təşviqinə imkan verəcək. Sədr əlavə edib ki, qızıl və gümüş məhsullarla vətəndaşlara premium-klass keyfiyyət təqdim ediləcək.

Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov sikkə və külçələr haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ilkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilib. Növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçiriləcək.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et