Azərbaycanlılar tərəfindən idarə olunan Gürcüstan bankları | Banco.az

Azərbaycanlılar tərəfindən idarə olunan Gürcüstan bankları

Gürcüstan banklarında azərbaycanlı CEO-lar 

Gürcüstan Rusiya ilə münaqişə, qlobal maliyyə böhranı, siyasi dəyişiklik və regional qeyri-sabitlik kimi bir sıra şokların öhdəsindən uğurla gələ bilmişdir. Bu isə öz növbəsində Gürcüstana invesitisiya axının getdikcə sürətlənməsinə səbəb olan amillərdəndir. Azərbaycanlı iş adamlarının da Gürcüstan maliyyə bazarına olan marağı isə artmaqda davam edir. Gürcüstanda fəaliyyət göstərən 21 bankdan 4-ün CEO-u məhz azərbaycanlıdır. Bu banklara “Finca Bank Georgia”, “PASHA Bank Georgia”, “The International Bank of Azerbaijan-Georgia” və “Caucasus Development Bank – Georgia” bankları aiddir.

“Finca Bank Georgia” 1998-ci ildən etibarən Gürcüstanda fəaliyyət göstərən Finca Georgia 2013-cü il avqust ayında bank lisenziyası almışdır. FINCA Microfinance Coöperatief U.A. (Hollandiya) şirkətin səhmdardır.

“PASHA Bank Georgia” bankına fəaliyyət göstərmək üçün lisenziya 17 yanvar 2013-cü il tarixində Gürcüstan Milli Bankı tərəfindən verilmişdir. Bank “PAŞA Bank”-ın ilk törəmə strukturu hesab olunur.

“The International Bank of Azerbaijan-Georgia” 7 fevral 2007-ci ildən etibarən bank fəaliyyəti ilə məşğul olmaq üçün Gürcüstan Milli Bankı tərəfindən lisenziya almışdır. Şirkətin səhmdar kapitalı Azərbaycan Beynəlxalq Bankı (75%), Azərbaycan Sənaye Bankı (12,5%) və digər fiziki şəxslərə (12,5%) aiddir.

Ən sərfəli kredit üçün müraciət et

“Caucasus Development Bank – Georgia” 30 may 2013-cü ildən etibarən bank kimi fəaliyyət göstərməyə başlamışdır. Səhmdarları əsas etibarilə fiziki şəxslərdən (99,85%) ibarət olan “Qafqaz İnkişaf Bankı” bankın yeganə səhmdarıdır.

Gürcüstan Milli Bankının son hesabatına görə ölkənin kommersiya banklarının aktivlərinin həcmi 18,320686 min GEL (10,6 mlrd USD)-i keçmişdir. Azərbaycanlı iş adamlarının idarə etdiyi Gürcüstan banklarının aktivlərinin xüsusi çəkisi isə 2,28%-ə bərabərdir. 

*Gürcüstan Milli Bankı, 30.06.2014 

Son rüblük hesabatlara nəzər salsaq diqqət çəkən məqam kimi, yalnız “PASHA Bank Georgia” bankının zərərlə işlədiyini görərik və bu zərər ötən ilin yanvar ayı ilə müqayisədə 8 dəfədən də çox olmuşdur. 

Gürcüstan Milli Bankı tərəfindən 27.08.2014 tarixinə larinin rəsmi məzənnəsi 1.7252 GEL / USD

Dürdanə Alıyeva, Banco.az