Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan vətəndaşları 2026-cı ilin fevral ayında Türkiyədə 60 mənzil alıblar. Ötən ay azərbaycanlılar Türkiyədən ən çox mənzil alan 7-ci xarici ölkə vətəndaşları olublar.
Banco.az xəbər verir ki, Türkiyədə fevral ayında xaricilərə mənzil satışları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9% azalaraq 1 506 ədədə enib.
Məlumata görə, ötən ay Rusiya Federasiyası vətəndaşları Türkiyədən 191 ev (1-ci) alıb. İkinci ən çox mənzili İran vətəndaşları (131 mənzil), üçüncü isə İraq (106 mənzil) vətəndaşları alıblar.
Qeyd edək ki, azərbaycanlılar 2025-ci ildə Türkiyədə ümumilikdə 944, 2024-cü ildə isə 866 mənzil alıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
