Azərbaycanla-Serbiya arasında yaxın dövrdə birbaşa aviareyslərin açılması nəzərdə tutulur.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə Bakıda birgə keçirilən mətbuat konfransında deyib.
“2023-cü ilin noyabrından etibarən iki ölkə vətəndaşları bir-birinin ərazisinə vizasız səyahət imkanı əldə ediblər. Birbaşa aviareyslərin açılması əlaqələri genişləndirə bilər. Aidiyyəti qurumlarla danışıqlar bu sahədə davam edir. Yaxın zamanda nəticələrin şahidi olacağıq”, - o qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!