Azərbaycanla İran arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi artıb | Banco.az

Azərbaycanla İran arasında qeyri-neft sektoru üzrə ticarət dövriyyəsi artıb

İran ay təqvimi üzrə martın 21-də başlayan yeni ilin il 4 ayında (iyulun 21-nə qədər) Azərbaycana 111,83 mln. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib. 

"Financial Tribune" nəşri xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,4% çoxdur. 

4 ay ərzində Azərbaycan qonşu ölkədən 184,082 ton qeyri-neft məhsulu alıb. Bu. əsasən polipropilen, boru və kartofdur. 

Əvəzində 21 mart - 21 iyul tarixlərində islam respublikasına Azərbaycandan 4,616 mln. dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib ki, bu da illik müqayisədə 28,6% çoxdur. Söhbət 14 572 ton məhsuldan gedir ki, bu da əsasən quşlar üçün yem, metal qırıntıları və sodadır.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, hesabat dövründə iki ölkə arasında qeyri-neft məhsullarının ticarət dövriyyəsi 116,44 mln. dollar təşkil edib, bu da 1 il əvvələ nisbətən 42,3% artım deməkdir. 

Müvafiq məhsulların ticarətinə görə, Azərbaycan İranın 16-cı ən iri ticarət tərəfdaşı olub. 

© "Report" 

Ən sərfəli krediti almaq üçün müraciət et