Azərbaycanla Çinin ticarət dövriyyəsi 5%-dək artıb | Banco.az

Azərbaycanla Çinin ticarət dövriyyəsi 5%-dək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Çinin ticarət dövriyyəsi 2026-cı ilin yanvar-fevral aylarında 779 milyon 409 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 34 milyon dollar və ya 4,6% çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 757 milyon 814 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 23 milyon 309 min dollar və ya 3,2% çoxdur. Çinə ixrac isə 10,7 milyon dollar və ya 98% artaraq 21 milyon 595 min dollara yüksəlib.

Qeyd edək ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 745,4 milyon dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram