Azərbaycanla Çinin ticarət dövriyyəsi 10% artıb | Banco.az

Azərbaycanla Çinin ticarət dövriyyəsi 10% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanla Çinin ticarət dövriyyəsi 2026-cı ilin yanvar ayında 417 milyon 847 min dollar təşkil edib. 

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 38 milyon 290 min dollar və ya 10,1% çoxdur.

Hesabat dövründə Azərbaycan Çindən 407 milyon 671 min dollarlıq məhsul idxal edib. Bu da illik müqayisədə 29 milyon 225 min dollar və ya 7,7% çoxdur. Çinə ixrac isə 9,1 milyon dollar artaraq 10 milyon 175 min dollara yüksəlib.

Qeyd edək ki, ötən ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 379,6 milyon dollar dəyərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram