2017-ci il ərzində Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 22 mlrd. 593 mln. 631,99 min ABŞ dolları təşkil edib.
"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 27,82% çoxdur.
Ötən il ərzində idxal əməliyyatları 8 mlrd. 782 mln. 7,55 min dollar olub ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 2,92 çoxdur.
Hesabat dövründə ölkənin ixrac əməliyyatları üzrə 13 mlrd. 811 mln. 624,44 min dollar olub ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 51,05% çoxdur.
Nəticədə 5 mlrd. 29 mln. 616,89 dollar məbləğində müsbət saldo yaranıb.