Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 8 dəfə artıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 8 dəfə artıb

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,24% azalaraq 12 523,8 mln. ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verilir.

Bu müddətdə idxal 4,22% azalaraq 5 300,8 mln. dollar, ixrac 12,60% azalaraq 7 223,0 mln. dollara enib. Beləliklə, cari ilin yanvar-avqust ayları ərzində xarici ticarət dövriyyəsində 1 922 mln. dollar həcmində müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, Azərbaycan cari ilin ilk 8 ayı ərzində 180 ölkə ilə ticarət əməliyyatı həyata keçirib. Bu müddətdə Azərbaycan 2 775 adda məhsul ixracı həyata keçirib, ölkəyə isə 7 061 adda məhsul idxal olunub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et