Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 38%-dən çox azalıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 38%-dən çox azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 9 milyard 695 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyard 76 milyon dollar və ya 17,6% azdır.  

Son 1 ildə Azərbaycanın ixracı 22,7% azalaraq 5 milyard 984 milyon ABŞ dollarına, idxalı isə 7,9% azalaraq 3 milyard 711 milyon ABŞ dollarına enib.

Nəticədə xarici ticarətdə 2 milyard 272 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 38,8% az olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et