Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 11% artıb | Banco.az

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 11% artıb

Azərbaycan bu ilin yanvar-fevral ayları ərzində 140 ölkə ilə 3 661 979,53 min ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.

“Report” bu barədə Dövlət Gömrük komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% böyüyüb. 

Ticarət əməliyyatlarının 1 451 527,63 min dollarını idxal əməliyyatları, 2 210 451,90 min dollarının (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla) ixrac əməliyyatları əhatə edib. Son 1 ildə idxal 49,3%, ixrac isə 33,7% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, 2 aylıq ticarət dövriyyəsinin 758 924,27 min dollarlıq müsbət saldosu yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% çoxdur. 

Yanvar-fevral aylarında Azərbaycandan 1 435 çeşiddə mal ixrac olunub. Ölkəyə idxal olunan məhsul çeşidinin sayı isə 5 547 təşil edib.