Azərbaycanın xarici kreditlər üzrə faiz ödənişi 15% artıb | Banco.az

Azərbaycanın xarici kreditlər üzrə faiz ödənişi 15% artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xarici kreditlərdən istifadəyə görə 331,9 mln. ABŞ dolları məbləğində faiz ödənişi həyata keçirib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin ilk doqquz ayı üzrə Tədiyə Balansının əsas göstəricilərinə istinadən xəbər verilir.

İlkin gəlirlər balansı üzrə məlumata əsasən, bu kateqoriyadan olan faiz ödənişlərinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 14,6% artım qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin hesabat dövründə qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər illik müqayisədə 0,5% azalaraq 356,1 mln. ABŞ dolları təşkil edib.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et