Azərbaycanın xarici dövlət borcu 7,173 mlrd. dollara çatıb | Banco.az

Azərbaycanın xarici dövlət borcu 7,173 mlrd. dollara çatıb

Azərbaycan Respublikasının xarici dövlət borcu 1 iyul 2017-ci il tarixinə 7172,6 mln. ABŞ dolları (12208,5 mln. manat), xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti isə 18,9% təşkil edib.

Maliyyə Nazirliyinə istinadən verilən xəbərə görə, cari ilin əvvəlinə nisbətən borcun həcmi 3,75% artıb, onun ÜDM-ə nisbəti isə 1,5 faiz bəndi azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu, əsasən, beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Mənbə: Report.azz

Ən sərfəli krediti almaq üçün müraciət et