Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir | Banco.az

Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir

Azərbaycan iqtisadiyyatı xarici risklərə qarşı davamılılıq nümayiş etdirir. Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) aparıcı iqtisadçısı Dmitri Qvindadze Bakıda maliyyə bazarlarına həsr edilmiş forumda deyib.

Onun sözlərinə əsasən, Azərbaycanın xarici borcu çox aşağı səviyyədədir və ÜDM-ə nisbətdə cəmi 20 faiz təşkil edir, dövlət borcunun nisbəti isə cəmi 11 faizə çatır: "Azərbaycanın qızıl valyuta ehtiyatlarına diqqət yetirsək görərik ki, ölkənin böyük maliyyə ehtiyatları var".

D. Qvindadze qeyd edib: "Ölkənin əsas xərclərinin iri layihələrin maliyyələşdirilməsi ilə əlaqəli olduğunu nəzərə alsaq, Azərbaycan özünün fiskal siyasəti vasitəsilə xarici riskləriin təsirini minimuma endirə bilər".

Ən sərfəli kredit üçün müraciət et

O, Azərbaycanın qeyri-neft sektorunun nailiyyətlərini də vurğulayıb: "Qeyri-neft sektoru artım tempi üzrə neft sektorunu dəfələrlə üstələyir, hərçənd Azərbaycan iqtisadiyyatının neft asılılığı hələ qalır. İxracın 85 faizi, iqtisadiyyatın 40 faizi neft sektorunun payına düşür və bu nisbətin dəyişməsi Azərbaycan hökumıtinin əsas vəzifəsidir".

trend.az