"Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib, manata təzyiq azalıb" | Banco.az

"Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib, manata təzyiq azalıb"

Azərbaycanın valyuta bazarında vəziyyət tədricən stabilləşib. Bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

"Bu gün valyuta bazarında vəziyyət tədricən stabilləşib. Mart ayında milli valyutaya müşahidə olunan təzyiq aprel ayında azalıb. May ayında valyuta hərraclarında orta tələb $56 milyon təşkil edib. Nəzərə almaq lazımdır ki, ötən ilin yekunları üzrə orta tələb $66 milyona bərabər olub", - deyə Rüstəmov bu gün mətbuat konfransında bildirib.

Xəbər verildiyi kimi, Dövlət Neft Fondunun məlumatına görə, 2020-ci ilin yanvar-aprel aylarında Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında fond tərəfindən $3 milyard 303 milyon (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 67,2%), o cümlədən martda $1 milyard 928,3 milyon, apreldə $531,1 milyon məbləğində xarici valyuta satılıb.

ARDNF-dən bildiriblər ki, fond cari ildə valyuta hərraclarında $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

fed

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et