Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr – Siyahı | Banco.az

Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr – Siyahı

Yanvar-noyabr ayları ərzində Azərbaycanın ticarət dövriyyəsində əsas olan ölkələr arasında yenə də İtaliya birinci olub.

Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin ilk on bir ayı ərzində həyata keçirilən ticarət əməliyyatlarının 5 mlrd. 556 mln. 320 min dolları və ya 17,52%-i İtaliyanın payına düşüb. Bunun da 5 mlrd. 348 mln. 542 min dollarını İtaliyaya ixrac təşkil edib.

Məlumata əsasən Azərbaycanla ticarətin həcminə görə 2 mlrd. 755 mln. 315 min dollarla İndoneziya ikinci, 2 mlrd. 396 mln. 68 min dollarla Rusiya üçüncü olub.

Daha sonra 1 mlrd. 861 mln. 656 min dollarla Almaniya, 1 mlrd. 839 mln. 515 min dollarla Türkiyə sıralanıb. Bununla da Türkiyənin ticarət dövriyyəsində payı cəmi 5,8% təşkil edib.

Sonrakı beşlikdə isə Tailand, Böyük Britaniya, Fransa, ABŞ, İsrail sıralanıb.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 148 xarici dövlətlə 31 mlrd. 721 mln. 807 min dollar məbləğində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsində 12 mlrd. 264 mln. 684 min dollar məbləğində müsbət saldo yaranıb.

Ticarət əməliyyatlarının 21 mlrd. 993 mln. 246 min dolları ixracın, 9 mlrd. 728 mln. 561 min dolları isə idxalın payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

gun.az