Bu il yanvarın 1-nə olan vəziyyətə görə, "Naxçıvan Sığorta" ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivlərinin 66,2%-i qısamüddətli, 33,8%-i isə uzunmüddətli olub.
Bu nisbət ötən il yanvarın 1-nə 81,4% - 18,6% təşkil edib. Başqa sözlə, 2018-ci ildə sığorta sektorunda qısamüddətli aktivlərin xüsusi çəkisi azalıb, uzunmüddətli aktivlərin xüsusi çəkisi isə artıb.
Bununla belə, ayrı-ayrı sığorta şirkətləri üzrə nisbət fərqlidir. Qısamüddətli aktivlərin payı 20 şirkətdən 7-də 90-100% arasında, 1 şirkətdə 80-90% arasında, 5 şirkətdə 70-80% arasında, 3 şirkətdə 60-70% arasında, 1 şirkətdə 60%, 2 şirkətdə isə 50-60% arasında, 1 şirkətdə isə 40-50% arasındadır. Başqa sözlə, uzunmüddətli aktivlərin payı 20 şirkətdən 7-də 0-10% arasında, 1 şirkətdə 10-20% arasında, 5 şirkətdə 20-30% arasında, 3 şirkətdə 30-40% arasında, 1 şirkətdə 40%, 2 şirkətdə 40-50% arasında, 1 şirkətdə isə 50-60% arasındadır.
"Naxçıvan Sığorta" aktivlərinin tərkibini açıqlamayıb.
№ |
Sığorta şirkətinin adı |
Şirkətin aktivlərində |
|
Qısamüddətli aktivlərin payı |
Uzunmüddətli aktivlərin payı |
||
1 |
Amrah Sığorta |
99,7% |
0,3% |
2 |
Azərbaycan Sənaye Sığorta |
95,7% |
4,3% |
3 |
Atəşgah Həyat Sığorta |
94,0% |
6,0% |
4 |
İpək Yolu Sığorta |
93,9% |
6,1% |
5 |
Qala Sığorta |
93,7% |
6,3% |
6 |
Standard Insurance |
93,1% |
6,9% |
7 |
A-Qrup Sığorta |
91,7% |
8,3% |
8 |
Azsığorta |
89,3% |
10,7% |
9 |
PAŞA Sığorta |
75,1% |
24,9% |
10 |
AXA Mbask |
73,3% |
26,7% |
11 |
Atəşgah Sığorta |
70,7% |
29,3% |
12 |
Azərsığorta |
70,6% |
29,4% |
13 |
Günay Sığorta |
70,5% |
29,5% |
14 |
Meqa Sığorta |
66,8% |
33,2% |
15 |
Bakı Sığorta |
63,1% |
36,9% |
16 |
Rəvan Sığorta |
62,7% |
37,3% |
17 |
Qala Həyat Sığorta |
60,0% |
40,0% |
18 |
Atasığorta |
57,0% |
43,0% |
19 |
Xalq Sığorta |
53,2% |
46,8% |
20 |
PAŞA Həyat Sığorta |
43,3% |
56,7% |
21 |
Naxçıvan Sığorta |
Açıqlamayıb |
Açıqlamayıb |
|
Orta hesabla |
66,2% |
33,8% |
Report.az