Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 2024-cü ilin birinci rübündə 373 milyon 140 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 26 milyon 230 min manat və ya 7,6% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 153 milyon 327 min manata bərabər olub. Bu da illik müqayisədə 51 milyon 37 min manat və ya 49,9% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!