Azərbaycanın sığorta bazarı 12,5% böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 12,5% böyüyüb

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 283,15 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından Banco.az-a daxil olan məlumata görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 12,5% çoxdur.

7 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 104,8 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyul aylarında 31 manat olub. 

Ən sərfəli krediti almaq üçün müraciət et