Azərbaycanın sığorta bazarı 11%-ə yaxın böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 11%-ə yaxın böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda 2024-cü ildə 1 milyard 353 milyon 185 min manat sığorta haqqı yığılıb. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 130 milyon 648 min manat və ya 10,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 752 milyon 712 min manata bərabər olub. Bu da illik müqayisədə 165 milyon 387 min manat və ya 28,2% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram