Azərbaycanın sığorta bazarı 11 % böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 11 % böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 178,307 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,936 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,6 dəfə azdır.

2 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 21,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 62,4 manat olub.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram