Bu ilin yanvar-mart aylarında Azərbaycanda 23 sığorta şirkətinin xətti ilə 150,682 mln. manat sığorta haqqı toplanılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% azdır.
Hesabat dövründə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 60,292 mln. manat olub. Bu, 1 il əvvələ nisbətən 14,7% çoxdur.
Qeyd olunur ki, 2017-ci ilin yanvar-mart aylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 40 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-mart aylarında 34,5 manat olub.
Mənbə: Report.az