Bu ilin yanvar-may aylarında Azərbaycandakı 23 sığorta şirkətinin xətti ilə 240,115 mln. manat sığorta haqqı toplanılıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır.
Hesabat dövründə həyata keçirilmiş sığorta ödənişlərinin məbləği isə 97,901 mln. manat olub. Bu, 1 il əvvələ nisbətən 11,75% çoxdur.
Qeyd olunur ki, 2017-ci ilin yanvar-mayaylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 40,8 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar-may aylarında 36,2 manat olub.