Müəllif:Gülbəniz Hüseynli/Banco.az
2023-cü ilin yekunlarına əsasən Azərbaycan 814,803 min ton sement klinkeri ixrac edib ki, bu da 2022-ci ilin göstəricisindən 13,9% çoxdur.
Bu barədə Banco.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. İxrac olunan sement klinkerinin dəyəri $46 milyon 56,2 min (artım 34,4%) qiymətləndirilir.
Statistik məlumatlara görə, bütün ixrac tədarükü Gürcüstana həyata keçirilib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 13,4 milyon ABŞ dolları dəyərində 222,5 min ton hazır və ya klinker formasında sement ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 2,5 milyon dollar çoxdur.
Bu dövrdə sement ixracı Azərbaycanın ümumi ixracının 0,16%-ni təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana sement məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 24,8 milyon dollara bərabər olub.
Türkiyə Ticarət Nazirliyindən verilən məlumata görə, Türkiyə Azərbaycana 3,5 milyon dollar məbləğində sement məhsulları ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 16,5 faiz çoxdur.
Məlumata görə, son 12 ay ərzində (iyun 2023 – iyun 2024) Türkiyə 4,3 milyard dollar məbləğində sement məhsulları ixrac edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara çatıb.
2023-cü ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da 2022-ci ilin noyabr ayı ilə müqayisədə 19,7 faiz azdır.
2022- ci ilin dekabr ayından 2023-cü ilin dekabrına qədər Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.