Azərbaycanın qiymətli kağızlar bazarı ötən il 9% azalıb | Banco.az

Azərbaycanın qiymətli kağızlar bazarı ötən il 9% azalıb

Ötən il Azərbaycanın investisiya qiymətli kağızları bazarında aparılan əməliyyatların həcmi 1,45% artaraq ümumilikdə 16 382 mln. manata çatıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, əməliyyatların 80,5%-i (13 182 mln. manatı) ilkin bazarda, 19,5%-i (3 200 mln. manatı) isə təkrar bazarda aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il qiymətli kağızlarla ilkin bazar əməliyyatları 2018-ci il ilə müqayisədə 9% azalıb, təkrar bazar əməliyyatları isə 83,9% artıb.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et