Azərbaycanın qeyri-neft sənayesinə 1,5 mlrd. manata yaxın investisiya qoyulub | Banco.az

Azərbaycanın qeyri-neft sənayesinə 1,5 mlrd. manata yaxın investisiya qoyulub

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qeyri-neft sənayesinə 1 493,1 mln. manat investisiya qoyulub. "APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qeyri-neft sənayesinə investisiyaların həcmində isə illik müqayisədə 3,1% azalma qeydə alınıb. Rəsmi statistikaya əsasən, Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq cari il yanvar-noyabr ayları ərzində 7 986,4 mln. manat təşkil edib.

Hesabat dövründə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşunun 62,5%-ni qeyri-neft sektoru, o cümlədən 11,7%-ni qeyri-neft sənayesi əhatə edib.

Qeyd edək ki, 2018-ci ilin ilk on bir ayı ərzində qeyri-neft sektoruna investisiyaların həcmində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,2%, qeyri-neft sənayesinə investisiyaların həcmində isə 22,6% artım qeydə alınmışdı.

APA