Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 mlrd. ABŞ dollarını ötəcək.
Bu barədə Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylər davam etdirilir.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!