Azərbaycanın qeyri-bank kredit təşkilatı dollarla istiqraz buraxır | Banco.az

Azərbaycanın qeyri-bank kredit təşkilatı dollarla istiqraz buraxır

Maliyyə Bazarlarına Nəzarət Palatası “Pro Kredit" bank olmayan kredit təşkilatının istiqraz emissiyasını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 300 ədəd adi faizli, təmin edilməmiş istiqrazın buraxılışını nəzərdə tutur. Qiymətli kağızların tədavül müddəti 24 ay, illik faiz dərəcəsi isə 8%-dir. İstiqrazlar qapalı üsulla yerləşdiriləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et