Azərbaycanın Portuqaliyaya neft satışından qazancı 24% artıb | Banco.az

Azərbaycanın Portuqaliyaya neft satışından qazancı 24% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Portuqaliya bu ilin yanvar ayında Azərbaycandan 109 milyon 76 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 21 milyon 217 min dollar və ya 24,1% çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 215 min 986 ton olub. Bu da ötən ilin yanvarına nisbətən 55,7% artım deməkdir. 

Qeyd edək ki, ötən ay Portuqaliya Azərbaycandan ən çox neft alan 5-ci ölkə olub.  Yanvarda İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram