Azərbaycanın Portuqaliyaya neft satışından gəliri 2,6 dəfə artıb | Banco.az

Azərbaycanın Portuqaliyaya neft satışından gəliri 2,6 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Portuqaliya bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 631 milyon 169 min dollar dəyərində neft idxal edib.  Bu, illik müqayisədə 2,6 dəfə çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Portuqaliyanın idxal etdiyi neftin həcmi isə 1 milyon ton olub. Ötən 10 ayda Portuqaliya Azərbaycandan ən çox neft alan 6-cı ölkə olub. 

Qeyd edək ki, bu il İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram