Azərbaycanın ötən il neft kəmərlərindən gəlirləri 1,2 milyard manatı ötüb | Banco.az

Azərbaycanın ötən il neft kəmərlərindən gəlirləri 1,2 milyard manatı ötüb

Ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 milyard 238 milyon 913,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,4% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ildə sözügedən göstərici 1 milyard 197 milyon 649,8 min manat səviyyəsində olub.

Qeyd edək ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 37 milyon 781,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,9% çoxdur.

Ötən il nəqletmənin 78,7%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 29  milyon749,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,6% çox). Hesabat dövrü ərzində BTC kəməri ilə 5 milyon 103,9 min ton tranzit nefti də (illik müqayisədə 41,8% çoxdur) nəql edilib.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et