Azərbaycanın nar ixracı kəskin azalıb | Banco.az

Azərbaycanın nar ixracı kəskin azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan 2026-cı ilin yanvar ayında 1 milyon 259 min dollar dəyərində 1 407 ton nar ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 37,5% və ya 755 min dollar, miqdar baxımından isə 871 ton və ya 38,2% azdır. 

2025-ci ilin ilk ayında ixrac edilən narın miqdarı 2 min 278 tona, dəyəri isə 2 milyon dollara bərabər idi. 

Qeyd edək ki, ötən il narın ümumi ixracda xüsusi çəkisi 0,06%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 0,47%-ə bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram