Azərbaycanın MDB ölkələrinə ixracı 4% azalıb | Banco.az

Azərbaycanın MDB ölkələrinə ixracı 4% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin birinci yarısında (yanvar-iyun ayları) Azərbaycan MDB ölkələrinə 827 milyon 144 min dollarlıq məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33 milyon 820 min ABŞ dolları (3,9%) azdır.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 2 milyard 475 milyon 139 min ABŞ dolları dəyərində olub.

Bu isə 2022-ci ilin yanvar-iyun aylarına nisbətdə 32,5% çoxdur.

Qeyd edək ki, ötən ilin birinci yarısında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 860 milyon 964 min ABŞ dolları, idxalının dəyəri isə 1 867 447 ABŞ dollarına bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et