Azərbaycanın MDB ölkələrinə ixracı 14% artıb | Banco.az

Azərbaycanın MDB ölkələrinə ixracı 14% artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 1,732 mlrd. ABŞ dollarına çatıb.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında aparılan hesablamalara görə, bu müddət ərzində ixracın həcmi 659,191 mln. dollar, idxalın həcmi isə 1,073 mlrd. dollar təşkil edir. İxrac illik müqayisədə 13,7% artıb, idxal isə 3,1% azalıb.Nəticədə, cari ilin yanvar-may aylarında 414,023 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 21,5% azdır.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et