Azərbaycanın istehlak bazarı 5,4% böyüyüb | Banco.az

Azərbaycanın istehlak bazarı 5,4% böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ilin yanvar-iyul aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 38,5 milyard manat olmaqla 2022-ci ilin yanvar-iyul aylarına nisbətən müqayisəli qiymətlərlə 5,4 faiz artıb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 5,2 faiz artaraq 37,0 milyard manata bərabər olmuş, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram