Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar ayında icbari sığorta növlərinin hesabına 20 milyon 806 min manat sığorta haqqı yığılıb.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.
Hesabat ayı ərzində sığorta yığımlarının məbləği ötən ilin ilk ayı ilə müqayisədə 2 milyon 483 min manat və ya 13,6% artıb.
Qeyd edək ki, icbari sığortalar üzrə ödənişlərin məbləği isə illik müqayisədə 63 manat və ya 0,8% azalaraq 8 milyon 235 min manata enib.
Bizi sosial şəbəkələrdən izləyin!!