Azərbaycanın hibrid avtomobil idxalına çəkdiyi xərc 3 dəfəyədək artıb | Banco.az

Azərbaycanın hibrid avtomobil idxalına çəkdiyi xərc 3 dəfəyədək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana 2023-cü ildə 14 min 98 ədəd hibrid avtomobil idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə idxal edilən hibrid avtomobillərin dəyəri 386 milyon 294 min dollar olub. 

Bunlar illik müqayisədə müvafiq olaraq 2 min 761 ədəd və 2.5 dəfə çoxdur. 

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ümumi avtomobil idxalına çəkdiyi xərc isə 58.9% artaraq 1.7 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et