Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan ötən il Gürcüstana 332 milyon 468 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 104 milyon 33 min dollar və ya 45,5% çoxdur.
2022-ci ildə Gürcüstana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 228 milyon 435 min dollar təşkil edib.
Hesabat dövründə Azərbaycanın ən böyük qeyri-neft idxalçısı Rusiya olub. Gürcüstan isə bu siyahıda 3-cü olub.
Bizi sosial şəbəkələrdən izləyin!!