"Azərbaycanın gündəlik neft hasilatı 760 min barelədək azalacaq" | Banco.az

"Azərbaycanın gündəlik neft hasilatı 760 min barelədək azalacaq"

Beynəlxalq Energetika Agentliyi (BEA) 2019-cu ildə Azərbaycanda gündəlik neft hasilatını 780 min barel səviyyəsində proqnozlaşdırır. Bu barədə BEA-nın mart hesabatında deyilir.

Agentliyin proqnozlarına əsasən, 2019-cu ilin I və II rüblərində Azərbaycanda gündəlik 790 min barel neft hasil olunacaq, III rübdə hasilat 780 min barelədək, IV rübdə isə 760 min barelədək azalacaq.

2020-ci ildə BEA Azərbaycanda gündəlik neft hasilatını 760 min barel səviyyəsində nəzərdə tutur. Eyni zamanda, agentliyin qiymətləndirmələrinə görə, ilk iki rübdə 770 min barel neft hasil olunacaq, III rübdə gündəlik hasilat 750 min barelədək, IV rübdə isə 730 min barelədək azalacaq.

Ən sərfəli kredit üçün müraciət et

2019-cu ilin yanvar ayında BEA cari il üçün Azərbaycanda gündəlik neft hasilatını orta hesabla 790 min barel, 2020-ci il üçün isə 780 min barel səviyyəsində proqnozlaşdırmışdı.

Azərbaycanın Energetika Nazirliyinin proqnozlarına görə, 2019-cu ildə ölkədə gündəlik orta hesabla 776,5 min barel neft hasil olunacaq.

Nazirliyin məlumatına görə, 2018-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 792,6 min barel, 2017-ci ildə isə 781,9 min barel təşkil edib.

© İnterfaks-Azərbaycan