Azərbaycanın gələn ilki dövlət borcu xərcinin artımının 72%-i ABB-nin öhdəlikləri ilə bağlıdır | Banco.az

Azərbaycanın gələn ilki dövlət borcu xərcinin artımının 72%-i ABB-nin öhdəlikləri ilə bağlıdır

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində dövlət borcuna xidmətlə bağlı 2,263 mlrd. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 37,8% çoxdur. Bu artımın da 72%-i (442 mln. manat) Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində dövlətin üzərinə keçmiş xarici kreditorlar qarışındakı öhdəliklərin icrasına yönəldilmiş xərclərdir.

Ən sərfəli kredit üçün müraciət et

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.