Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb | Banco.az

Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb

Azərbaycanın əsas xarici ticarət tərəfdaşları açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin 25,3 faizi İtaliya, 13,8 faizi Türkiyə, 9,0 faizi Rusiya, 5,3 faizi Çin, 3,9 faizi Almaniya, 3,8 faizi İsrail, 3,5 faizi İspaniya, 3,2 faizi Yunanıstan, 3,1 faizi Hindistan, 2,7 faizi Rumıniya, hər biri 2,5 faiz olmaqla Çexiya və Fransa, 2,3 faizi Gürcüstan, 1,8 faizi Türkmənistan, 1,4 faizi Avstriya, hər biri 1,1 faiz olmaqla İran və Qazaxıstan, 1,0 faizi Vyetnam, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

2023-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 171 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 89 ölkəyə məhsul ixrac olunub, 165 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12269,3 milyon ABŞ dolları təşkil edib.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram