Hazırda Azərbaycanda 44 kommersiya bankı fəaliyyət göstərir ki, onlardan biri dövlət bankı-Azərbaycan Beynəlxalq Bankı, digərləri isə özəl kommersiya banklarıdır. Bankların əksəriyyəti Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, əsasən 90-cı ilin əvvəllərində yaranmışdır.
Kapital Bank 140 illik tarixə malik olmaqla Azərbaycanın ən qocaman bankı hesab olunur. Belə ki, o 1874-cü ildə əmanət kassası kimi fəaliyyət göstərməyə başlamışdır. Bank 2000-ci ildə Mərkəzi Bank tərəfindən reyestrə daxil edilmişdir.
Hələ keçmiş sovetlər dönəmində fəaliyyətə başlamış banklara DəmirBank, DekaBank və Expressbank`ı aid etmək olar. Onların hər üçü də 1989-cu ildə yaradılmışdır.
Azərbaycanın ən gənc bankı isə Bank BTB`dir. O fəaliyyət göstərməyə 2010-cu ildə başlamışdır.
| Sıra | Banklar | Yaranma Tarixi |
| 1 | Kapital Bank | 1874 |
| 2 | Expressbank | 1989 |
| 3 | DəmirBank | 1989 |
| 4 | Dekabank | 1989 |
| 5 | Eurobank | 1991 |
| 6 | Parabank | 1991 |
| 7 | AGBank | 1992 |
| 8 | Muğanbank | 1992 |
| 9 | Günay Bank | 1992 |
| 10 | Bank Respublika | 1992 |
| 11 | TuranBank | 1992 |
| 12 | ZaminBank | 1992 |
| 13 | AtraBank | 1992 |
| 14 | NBC Bank | 1992 |
| 15 | Azərbaycan Beynəlxalq Bank | 1992 |
| 16 | AtaBank | 1993 |
| 17 | Bank Melli İran Bakı filialı | 1993 |
| 18 | RabitəBank | 1993 |
| 19 | Bank of Azerbaijan | 1993 |
| 20 | Amrahbank | 1993 |
| 21 | Bank of Baku | 1994 |
| 22 | Bank Technique | 1994 |
| 23 | Nikoil Bank | 1994 |
| 24 | Bank Silk Way | 1994 |
| 25 | Gəncəbank | 1994 |
| 26 | Kredo Bank | 1994 |
| 27 | Azər-Türk Bank | 1995 |
| 28 | Bank Standard | 1995 |
| 29 | United Credit Bank | 1996 |
| 30 | Azərbaycan Sənaye Bankı | 1996 |
| 31 | Qafqaz İnkişaf Bankı | 1997 |
| 32 | Yapı Kredi Bank Azərbaycan | 2000 |
| 33 | Unibank | 2002 |
| 34 | AccessBank | 2002 |
| 35 | Xalq Bank | 2004 |
| 36 | Pakistan Milli Bankı Bakı filialı | 2005 |
| 37 | Azərbaycan Kredit Bankı | 2005 |
| 38 | Paşa Bank | 2007 |
| 39 | Bank Avrasiya | 2007 |
| 40 | Naxçıvan Bank | 2008 |
| 41 | AFB Bank | 2008 |
| 42 | VTB Bank Azərbaycan | 2009 |
| 43 | Bank BTB | 2010 |
Bəzi fəaliyyət göstərən banklar fəaliyyətlərinə başqa adla başlasalar da illər ərzində rebrendinq edərək adlarını dəyişmişlər. Bu haqda ətraflı məlumatı "Hansı banklar adlarını dəyişiblər?" adlı məqalədən ala bilərsiniz.
