Azərbaycanda mətbuatın haqqında ən çox danışdığı şirkətlər məlum olub. Media Consulting and Services media monitorinq qrupu 01-31 mart 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub.
Şirkətdən verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 12 Televiziya kanal, 13 radio dalğası; 55 çap və 600 on-line media daxil olmaqla 680-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 22 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.
Mediada ən çox adı hallanan bankların ilk beşliyini təqdim edirik.
Bank sektoru
ABB 1193
Kapital Bank 796
Paşa Bank 553
Accessbank 534
Bank Respublika 496