Azərbaycanın ən güclü 5 bankı | Banco.az

Azərbaycanın ən güclü 5 bankı

Aktivlərin həcminə görə bankların payı

2014-cü ilin yanvar-iyun ayının hesabatlarına əsasən bank aktivlərinin ümumi həcmi 22.1 mlrd manata bərabər olmuşdur. Bank aktivlərinin ümumi həcmində Beynəlxalq Bank 35.70%-lik (7.9 mlrd manat) xüsusi çəkiyə malikdir. Bununla yanaşı, aktivlərin ümumi həcmində ən yüksək göstəriciyə malik növbəti dörd banka Kapital Bank (1.27 mlrd manat), Xalq Bank (1.18 mlrd manat), Bank Standard (1.1 mlrd manat) və Pasha Bank (993 mln manat) daxildir. Ilk beş bankın aktivləri ümumi aktivlərin 56.3%-i təşkil etdiyi halda, digər 39 bank yalnız 43.7%-lik göstəriciyə sahibdir.

                           

Kreditlərin həcminə görə bankların payı    

Məlumdur ki, müştərilərə verilən kreditlər bank aktivlərinin əhəmiyyətli hissəsini təşkil edir. Bu, bir növ bankın cəlb edilmiş vəsaitlərini nə dərəcədə yaxşı yerləşdirə bildiyi haqqında əyani təəssürat oyadır. Xatırladaq ki, 2014-cü ilin II rübü üzrə kredit portfelinin ümumi həcmi 15.27 mlrd manat olmuşdur. Aktivlərin həcminə görə liderlik edən banklar həmçinin bazar üzrə kredit portfelinin də mühüm hissəsinə sahibdirlər. Belə ki, 2014-cü ilin yanvar-iyun ayı ərzində Beynəlxalq Bank müştərilərə 7.3 mlrd, Xalq Bank 932 mln, Kapital Bank 795 mln, Bank Standard 735 mln və AccessBank 726 mln manat kredit vermişdir. Burada ilk beşliyi AccessBank bağlayır. AccessBank (927 mln manat) baxmayaraq ki, aktivlərin həcminə görə 6-cı yerdədir, kredit portfeli üzrə bazarın 4.76%-ə sahibdir. Digər banklar isə ümumi kredit porfelinin yalnız 31.09%-ə, yəni 4.74 mlrd manatına sahibdirlər.

Ən sərfəli kredit üçün müraciət et

                            

Depozitlərin həcminə görə bankların payı

Öhdəliklərin mühüm hissəsi olan depozitlər üzrə ilk beş bankın depozit portfeli 5.58 mlrd manatdır ki, bu da ümumi bazarın 58.5%-i deməkdir. Beynəlxaq Bank müştərilərdən 3.1 mlrd, Xalq Bank 741 mln, Bank Standard 738 mln, Kapital Bank 494 mln, Unibank isə 446 mln manat cəlb edə bilmişdir. 

                            

Ən sərfəli krediti almaq üçün müraciət et