Hər il inkişaf edərək uğurlu fəaliyyətini daha da genişləndirən və təkmilləşmə istiqamətində inamla addımlayan BOKT “İnternational” ASC, növbəti maliyyə uğurunu əldə etmişdir. BOKT ötən illərdə olduğu kimi, 2023-cü ildə də yüksək statistik göstəricilərə imza atmışdır.
Belə ki, BOKT “İnternational” ASC-nin kənar audit şirkəti tərəfindən təsdiqlənmiş 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb. Hesabat Mühasibat uçotunun "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununun ("Mühasibat uçotu haqqında" Qanun), Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) tələbləri çərçivəsində tamlığının və aidiyyəti maliyyə hesabatlarının hazırlanması və bu hesbatların MHBS-yə uyğunluğuna dair rəyin verilməsi beynəlxalq audit şirkəti “Baker Tilly Azerbaijan” tərəfindən təsdiqlənib.
BOKT-un yaydığı press-relizdə bildirilir ki, BOKT “İnternational” ASC-nin ötən ili 2 milyon 792 min 098 manat xalis mənfəət ilə başa vurub ki, bu da 2022-ci illə müqayisədə 1 milyon 262 min 064 manat yuxarı göstəricidir.
Ötən ilin yekununda BOKT-un xalis faiz gəlirlərində də müsbət dinamika müşahidə olunub. Belə ki, faiz gəlirləri 10 milyon 536 min 148 manatla başa vurub ki, bu da 2022-ci illə müqayisədə 2 milyon 739 min 937 manat yuxarı göstəricidir.
Faiz gəlirlərinin əsas hissəsini müştərilərə verilən kreditlər təşkil edib.
BOKT-un aktivləri isə 80,2% artımla 36 milyon 107 min 205 manata yüksəlib. Aktivlərin 30 milyon 280 min 111 manatını kredit portfeli təşkil edib.
Bütün növ kreditərdə artım baş verib!
Bu dövrdə BOKT-un kredit portfeli 5 milyon 677 min 952 manat artaraq 30 milyon 280 min 111 milyon manata yüksəlib. O, cümlədən;
Xüsusi olaraq, 2022-ci il üzrə aktiv 13,257 min plastik kart sayı ilə müqayisədə 2023-cü ilin dekabr ayının sonuna qədər plastik kartların sayı 16,925 min ədəd olmaqla tarixən ən yüksək səviyyəyə yüksəlmişdir. 2015-ci il tarixindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) müvəkil kredit təşkilatları siyahısındadır.2023-cü ildə Azərbaycan Mikromaliyyə Assosiasiyasına (AMFA) üzvlüyünə daxil edilmişdir. BOKT-un davamlı təkmilləşməyə və bazarın ən son inkişaf meyllərinə uyğun olaraq innovativliyə sadiqliyini əks etdirir. Kapital bazarı üzrə işgüzar münasibətlərin formalaşması qarşılıqlı iqtisadi münasibətlərə söykənən müvafiq Fond Birjalarında, BOKT “İnternational”ASC-nin bazarın yüksək reputasiyaya malik anderrayteri İnvestisiya Şirkətləri ilə davamlı olmasını həyata keçirir.
2023-cü Yubley ili olduğundan yeni Yubley istiqrazları ilə bazar məhsul daxil edilmişdir.
Hər bir istiqraz nominal dəyəri: 1000 manat, müddəti 24 ayadək, İllik 15 faizədək gəlirlik, faiz ödənişləri hər ay, hər rüb, müddətin sonunda götürülməsinə şərait yaratmışdır.
BOKT-da 2023-cü ilin sonuna işçi sayında da artım baş verib. BOKT-un 2022-ci ilin sonuna işçi sayı 252 nəfər, 2023-cü ilin sonuna isə bu say 331-ə çatıb.
Qeyd edək ki, BOKT “İnternational” ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 21.05.2013-cü il tarixində BKT-12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Həmin tarixdən etibarən verilmiş lisenziya əsasında, təminatlı və təminatsız kreditlərin verilməsinə, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaqdadır. BOKT-un məcmu / nizamnamə kapitalı 2022-ci il üzrə 5.000.000,00 (beş milyon) manat 2023-cü ildə 8.000.000,00 (səkkiz milyon) təşkil etmişdir.
BOKT-un Bakı və regionlarda ümumilikdə 36 filialı ilə fəaliyyət göstərir. BOKT-un məhsul və xidmətləri ilə www.icu.az saytından, 1543 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
BOKT həm yerli, həm də beynəlxalq maliyyə mühitində olan yenilikləri izləməyə, bunları öz fəaliyyət istiqamətinə tətbiq edərək daha da təkmilləşməyə davam etməkdədir. Bundan sonra da uğurlu işlərə imza atmağa və müştəri məmnuniyyətini təmin etmək üçün mütərəqqi yolda inkişaf etməyə davam edəcəkdir.
Hesabat barədə daha ətraflı buradan tanış ola bilərsiniz - Hesabat