Azərbaycanın ən böyük banklarından biri 100 milyon manata yaxın xalis mənfəət açıqladı | Banco.az

Azərbaycanın ən böyük banklarından biri 100 milyon manata yaxın xalis mənfəət açıqladı

Azərbaycanın ən böyük banklarından biri olan “KapitalBank” ASC 2018-ci ili 98 milyon 53 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ili 94 milyon 839 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə Bankın xalis mənfəəti 3,4% artıb.

2018-ci ildə “KapitalBank”ın cəmi gəlirləri 458 milyon 413 min manat, o cümlədən faiz gəlirləri 321 milyon 562 min manat, qeyri-faiz gəlirləri 136 milyon 851 min manat təşkil edib.

2017-ci ildə “Kapital Bank”ın cəmi gəlirləri 398 milyon 539 min manat, o cümlədən faiz gəlirləri 263 milyon 363 min manat, qeyri-faiz gəlirləri 135 milyon 176 min manat təşkil etmişdi. Beləliklə, illik müqayisədə Bankın cəmi gəlirləri 15%, faiz gəlirləri 22%, qeyri-faiz gəlirləri isə 1,2% artıb.

2017-ci illə müqayisədə ötən il Bankın cəmi faiz və qeyri-faiz xərcləri cüzi artaraq 2017-ci ildəki 230 milyon 124 min manatdan 235 milyon 175 min manata yüksəlib (2,1% artım). Faiz xərcləri 81 milyon 717 min manatdan 75 milyon 713 min manata düşüb, qeyri-faiz xərcləri isə 148 milyon 407 min manatdan  159 milyon 462 min manata yüksəlib.

 

Bankın cəmi gəlirləri 15% artdığı halda, cəmi xərclərin 2,1% artması əməliyyat mənfəətinin də kəskin artması ilə nəticələnib. Belə ki, “KapitalBank”ın əməliyyat mənfəəti 2017-ci ildə 168 milyon 414 min manat ikən, 2018-ci ildə 223 milyon 238 min manat təşkil edib (54 milyon 824 min manatlıq və ya 32,5% artım).

Ötən il “Kapital Bank” əməliyyat mənfəətinin 93 milyon 411 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün (ehtimal olunan depozit və kredit itkiləri üçün) xüsusi ehtiyatın yaradılmasına ayırıb. 2017-ci ildə bu məbləğ 48 milyon 735 min manat təşkil etmişdi. Ehtiyatlara ayrıma 2017-ci illə müqayisədə təxminən 2 dəfə çox olduğundan, əməliyyat mənfəətinin 32,5% artmasının böyük hissəsi silinib. Nəticədə Bankın xalis mənfəəti 2017-ci illə müqayisədə ötən il cüzi artıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən il “Kapital Bank”, vergi ödənilənədək 129 milyon 826 min manat mənfəətindən 31 milyon 773 min manat mənfəət vergisi ödəyib. Nəticədə Bank, ötən ili 98 milyon 53 min manat xalis mənfəət ilə bağlayıb.

 

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏRDƏ BÖYÜK ARTIM

31 Dekabr 2018-ci il tarixinə “Kapital Bank”ın cəmi aktivləri 3 milyard 716 milyon manat təşkil edib. Qeyd edək ki, 2017-cı ilin sonunda Kapital Bank-ın aktivləri 3 milyard 184 milyon manat təşkil etmişdi (Cəmi aktivlər 532 milyon manat və ya 16,7% artıb ). 

Ötən il müştərilərə verilən kreditlərin həcmi isə 20,6% artaraq 2018-ci ilin sonuna 1 milyard 500 milyon 888 min manat olub. 2017-ci ilin sonunda müştərilərə verilən kreditlər 1 milyard 244 milyon manat təşkil etmişdi. 

Bankda müştəri depozitlərinin həcmi 31 Dekabr 2018-ci il tarixinə 2 milyard 948 milyon  manat təşkil edib  2017-ci ilin sonunda bu məbləğ 2 milyard 362 milyon manat idi (təxminən 25% artıb). 

Ötən ilin sonunda “Kapital Bank” 342 milyon 542 min manat təşkil edib.

Əlavə edək ki, “Kapital Bank” ASC-nin audit olunmuş hesabatına görə, Bank 2017-ci ili 112 milyon 407 min manat xalis mənfəət ilə başa vurub. Yerli standartlar əsasında hazıranmış rüblük hesabatda qeyd edimişdi ki, Bank 2017-ci ili 94 milyon 839 min manat xalis mənfəətlə başa vurub. Qısası, audit olunmuş hesabat ilə yerli standartlar əsasında hazıranmış hesabat fərqlənə bilər.

Marja