Müəllif: Gülnar Əhmədli, Banco.az
“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2024-cü ilin yanvar-noyabr aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında “MKT İstehsalat Kommersiya” 90.7 milyon dollarlıq ixracla birinci olub.
İlk 10-luqda olan şirkətlər bunlardır:
- “MKT İstehsalat Kommersiya” MMC - 90.7 milyon dollar
- “Silk Vey Vest” Aviaşirkəti" MMC - 75.6 milyon dollar
- “ASG Business Aviation” MMC - 70 milyon dollar
- “Baku Steel Company” QSC - 56.8 milyon dollar
- Süleymanova Gövhər Süleyman qızı - 50.6 milyon dollar
- “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 37.6 milyon dollar
- “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 33 milyon dollar
- “TABATERRA” QSC - 30.8 milyon dollar
- “Khan-El” MMC - 28.4 milyon dollar
- “Atena” MMC - 28 milyon dollar
Bizi sosial şəbəkələrdən izləyin!!