Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan 52.7 mln. ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edib. Bu, illik müqayisədə 4.8 milyon dollar və ya 8.3% azdır.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, 2024-cü ilin ilk 8 ayında ayında elektrik enerjisi ixracının ümumi dəyəri 57.5 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin avqust ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (33 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (32 milyon ABŞ dolları) ikinci, pambıq lifi (16,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!